“Qarabağ”ın oyununda üç qol

“Qarabağ”ın oyununda üç qol

Azərbaycan çempionu “Qarabağ” növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.

Ağdam klubu evdə Bolqarıstan “Lüdoqorets”ini qəbul edib. Görüş “Qarabağ”ın ərazi üstünlüyü ilə keçib.

Lakin hesabı qonaqlar açıblar. 56-cı dəqiqədə Dinis Almeyda fərqlənib. “Qarabağ” 9 dəqiqə sonra hesaba tarazlıq gətirib. Çempionumuzun ən yaxşı bombardiri Olavio Juninyo qonaqların qapısına yol tapıb – 1:1.

Bu, onun mövsümdə 5-ci avrokubok qolu olub. Təmsilçimiz bu topdan sonra da hücumlarına ara verməsə də, hesabı dəyişə bilməyib. Bolqarıstan təmsilçisi isə Kayo Vidalın son dəqiqələrdəki qolu ilə qalib gəlib – 2:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Süleymanov bürünc uğrunda güləşəcək

Növbəti yazı

Azərbaycan mövqeyini qorudu