“Qarabağ”ın oyununda üç qol

“Qarabağ”ın oyununda üç qol

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. Ağdam klubu Avropa Liqasının Liqa mərhələsinin III turunun matçına çıxıb.

Qurban Qurbanovun komandası evdə “Ayaks”la görüşüb. Bunadək “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 hesabı ilə uduzan “Qarabağ” adlı-sanlı Niderland klubu ilə qarşılaşmaya ilk xal üçün çıxıb.

Təmsilçimiz matça çox fəal başlasa da, Julio Romaonun 16-cı dəqiqədə qırmızı vərəqə alması oyunun axarını dəyişib. Qonaqlar fasiləyədək hesabı açıblar. Kennet Teylor fərqlənib. İkinci hissədə “Ayaks” daha iki dəfə fərqlənib. Öncə Vaut Veqhorst penaltini qola çevirib, ardınca Çuba Akpon qol sevinci yaşayıb. Matçın böyük hissəsini azlıqda keçirən “Qarabağ” matçın sonluğunu 9 nəfərlə qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra qırmızı ilə cəzalanıb. Beləliklə, 3 qol buraxan Ağdam klubu Liqa mərhələsində ardıcıl üçüncü dəfə uduzub – 0:3.

Qeyd edək ki, “Qarabağ” IV turda Norveçdə “Bodo Qlimt”in qonağı olacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 25.10.2024

Növbəti yazı

“Ayntraxt” və “Roma”dan qələbə