“Qarabağ”ın oyununda macar hakimlər
“Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb. II təsnifat mərhələsinin “Linkoln”la ev görüşünü Macarıstan təmsilçiləri idarə edəcək.
İyulun 23-dəki qarşılaşmanın baş hakimi İştvan Vad olacaq. Ona Vencel Tot və İstvan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bence Şonka yerinə yetirəcək.