“Qarabağ”ın mümkün rəqibləri

“Qarabağ”ın mümkün rəqibləri

“Qarabağ”ın Çempionlar Liqasının 2024/25 mövsümündəki ilk rəqibi bu gün müəyyənləşəcək. II təsnifat mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində keçiriləcək.

UEFA püşkdən əvvəl komandaları və cütləri qruplara bölüb. Azərbaycan çempionu 3-cü qrupda yer alıb.

“Qarabağ” səpələnmişlər sırasındadır. Təmsilçimizin mümkün rəqibləri “Flora” (Estoniya) – “Selye” (Sloveniya), “Virtus” (San-Marino)– “Styaua” (Rumıniya), “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütlərinin qalibləri və “Yagellonya” (Polşa) klubudur.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Xorvatiya Albaniyaya qarşı

Növbəti yazı

Macarıstan sensasiya axtarışında