“Qarabağ”ın matçının hakimləri müəyyənləşdi
“Qarabağ”ın “Ayntraxt”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb. Qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sandro Şarer olacaq. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes von Mandaş yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fahndriş əyləşəcəklər.
UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.
Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.












