“Qarabağ”ın matçının hakimləri bəlli oldu

“Qarabağ”ın matçının hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Napoli” – “Qarabağ” oyununun hakimləri açıqlanıb. Qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Ona həmvətənliləri – Tomas Listkeviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vojçek Mits yerinə yetirəcək.

VAR-da hollandiyalı Pol van Boekel, AVAR-da xorvatiyalı İvan Bebek çalışacaq.

Xorvat hakim bu mövsüm “Qarabağ”ın “Atletik”ə məğlub olduğu (3:1) matçda VAR hakimi olub.

Qeyd edək ki, görüş 26 noyabr 2025-ci il saat 00:00-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“FIFA series” yenidən Azərbaycanda

Növbəti yazı

Masazırda hesab açılmadı