“Qarabağ”ın matçının hakimləri bəlli oldu

“Qarabağ”ın matçının hakimləri bəlli oldu

Avropa Liqasının “Elfsborq” – “Qarabağ” oyununun hakimləri bəlli olub. Liqa mərhələsinin VI turunun matçını portuqaliyalı ədalət təmsilçiləri idarə edəcək.

Dekabrın 12-də baş tutacaq qarşılaşmada Antonio Nobre fit çalacaq. Ona Pedro Ribeyro və Nelson Pereyra kömək edəcəklər. VAR assistenti isə Andre Narkiso olacaq. Matçın dördüncü hakimi və VAR hələ dəqiqləşməyib.

Oyunun hakim-inspektoru Stefano Podeşi (San Marino), UEFA nümayəndəsi Yan Atkins (İngiltərə) olacaq.

Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə “Boraş Arena”da keçiriləcək “Elfsborq” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Güler “Bayer”in hədəfində

Növbəti yazı

Uilyams “Barselona” arzusunda