“Qarabağ”ın matçının hakimləri açıqlanıb

“Qarabağ”ın matçının hakimləri açıqlanıb

Avropa Liqasının “Olimpiakos” – “Qarabağ” oyununun hakimləri açıqlanıb. Liqa mərhələsinin VIII turunun matçını Rumıniyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Yunanıstanda baş tutacaq qarşılaşmanın baş hakimi Radu Petresku olacaq. Ona Radu Qinquleaç və Mirça Mihail Qriqoriu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək. Oyunda Katalin Popa VAR, Sebastyan Koltesku AVAR olacaq.

Qeyd edək ki, yanvarın 30-da Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq “Olimpiakos” – “Qarabağ” oyunu saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Millətlər Kubokunun püşkü atılıb

Növbəti yazı

“Sabah”dan növbəti transfer