“Qarabağ”ın matçının biletləri satışda

“Qarabağ”ın matçının biletləri satışda

Azərbaycan Kubokunun 1/8 finalında “Qarabağ” ilə “Karvan-Yevlax” arasında keçiriləcək oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Bu barədə “köhlən atlar”ın mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Sabah, “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Karvan-Yevlax” oyununa saat 19:00-da start veriləcək.

ETOPAZ

Əvvəlki yazı

Karvaxal “Əl-Nəsr” yolunda

Növbəti yazı

“Turan Tovuz”dan minimalhesablı qələbə