”Qarabağ”ın matçının biletləri satışa çıxarılacaq

”Qarabağ”ın matçının biletləri satışa çıxarılacaq

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində “Karvan-Yevlax” ilə keçirəcəyi oyunun biletləri satışa çıxır.

Biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.

Satış məntəqələri:

iTicket.az-da onlayn satış;

Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da ciddi itki

Növbəti yazı

Günün kuponu – 28.11.2025