“Qarabağ”ın matçının başlama saatı müəyyənləşdi
“Qarabağ” – “Zirə” yoxlama oyununun başlama vaxtı dəqiqləşib. Qarşılaşma saat 15:30-da start götürəcək.
“Azersun Arena”da baş tutacaq matç yanvarın 12-də olacaq.
Qeyd edək ki, “Qarabağ” ilin ilk yoxlama oyununda “Kəpəz”ə 5:1 hesabı qalib gəlib. “Zirə” isə “Şamaxı”dan üstün olub – 3:1.