“Qarabağ”ın matçının başlama saatı bəlli oldu

“Qarabağ”ın matçının başlama saatı bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubuna qarşı keçirəcəyi ilk matçın başlama saatı açıqlanıb. Bu barədə rəqib komandanın rəsmi internet səhifəsi məlumat yayıb.

Skopyedəki Toşe Proeski adına Milli Arenada avqustun 5-də baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Fərid Nəbiyev “Kəpəz”də

Növbəti yazı

“Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə