“Qarabağ”ın matçında çexiyalı hakimlər

“Qarabağ”ın matçında çexiyalı hakimlər

UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının İtaliyada “Napoli”yə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

Qarşılaşmanı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.

Ona həmyerliləri Lukaş Slavitsek və Jozef Suma kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

150-ci qol

Növbəti yazı

Alleqridən “Milan”da yubiley