“Qarabağ”ın matçında 4 qol
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turunun oyunları keçirilir. Bu gün “Qarabağ” meydana çıxıb.
Komanda “Atletik”in qonağı olub. Matçda hesab erkən açılıb. Leandro Andrade birinci dəqiqədə fərqlənib. Lakin ilk hissənin sonlarında Qorka Quruzeta adını tabloya yazdırıb.
İkinci yarıda Robert Navarro komandasını önə çıxarıb. Son dəqiqələrdə Quruzeta dublunu rəsmiləşdirib – 3:1.
Qeyd edək ki, “Qarabağ”ın aktivində 6 xal var.












