“Qarabağ”ın məşqçisi cəzalandırıldı

“Qarabağ”ın məşqçisi cəzalandırıldı

“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynovun cəzası açıqlanıb. AFFA İntizam Komitəsi təcrübəli mütəxəssisin Azərbaycan Kubokunun “Sabah”la final görüşündə etdiyi hərəkətə görə cəzalandırıb.

Hüseynov matçın 120-ci dəqiqəsində meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun diskvalifikasiya olunub. “Qarabağ” isə 1500 manat cərimə edilib.

Qeyd edək ki, finalda “Qarabağ” 2:3 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

AFFA klubları cəzalandırdı

Növbəti yazı

Benzia 5 oyunluq diskvalifikasiya olundu