“Qarabağ”ın hücumçusu “Sent-Etyenn”də
“Qarabağ”ın futbolçusu İbrahima Vadji “Sent-Etyenn”ə keçib. Hücumçunun transferi bu gün rəsmiləşib.
Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb. Seneqallı legioner Liqa2 klubu ilə 3 illik müqavilə imzalayıb. Bu transfer 1,5 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, İbrahima “Qarabağ”da 36 oyunda 20 qol vurub.