“Qarabağ”ın hazırlıq planı müəyyənləşdi

“Qarabağ”ın hazırlıq planı müəyyənləşdi

“Qarabağ”ın növbəti mövsümün üçün hazırlıq planı müəyyənləşib. Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. 

Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək. Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komandamız iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. 

Qeyd edək ki, rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Latviyada heç-heçə etdi

Növbəti yazı

Fernandu Santuş: “Qapıya zərbələri çox çalışırıq”