“Qarabağ”ın futbolçusu “Qalatasaray”ın hədəfində
“Qarabağ”ın iki futbolçusu Türkiyə klublarının maraq dairəsinə düşüb. Bunu Doğan Xəbər Agentliyi (DHA) açıqıayıb.
Toral Bayramovla Qara Qarayev qardaş ölkə təmsilçilərinə keçə bilər. Sol cinah müdafiəçisi Bayramov və dayaq yarımmüdafiəçisi Qarayevin Çempionlar Liqasının təsnifat mərhələlərindəki çıxışı Super Liqa klublarının diqqətini çəkib.
Toral “Qalatasaray”, “Kayserispor” və TFF I Liqa təmsilçisi “Eyüpspor” un transfer siyahısına düşüb.