“Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəyi pley-off oyunlarının başlama saatları açıqlanıb. Avqustun 19-da “Groupama Arena”da baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Oyun saat 20:45-də başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

PFL-dən II Liqa klublarına dəstək

Növbəti yazı

Aksel Vitsel La Liqada qaldı