“Qarabağ”ın ÇL üçün heyəti bəlli oldu

“Qarabağ”ın ÇL üçün heyəti bəlli oldu

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.  8 turdan ibarət mərhələnin üçün sifariş vərəqində 24 futbolçu yer alıb.

Azərbaycan təmsilçisi Joni Montiel və Aleksey İsayevin adını siyahıya daxil etməyib.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç;

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə;

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə;

Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq. 

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.09.2025

Növbəti yazı

Millimizin matçının hakimləri müəyyənləşdi