“Qarabağ”ın 8-ci kuboku
Azərbaycan kubokunun final oyunu keçirilib. Həlledici matçda “Qarabağ”la “Zirə” qarşılaşıb.
Görüşdə hesabı Olavio Juninyo açıb. Braziliyalı ilk yarının sonlarında “Qarabağ”ı irəli çıxarıb. Fasilədən sonra İsmayıl İbrahimli bərabərlik qolunu vurub. Abdullah Zubirin qolu isə “Qarabağ”a qələbə qazandırıb – 2:1.
Bununla da Ağdam klubu 8-ci dəfə ölkə kubokuna sahib çıxıb. “Qarabağ” tarixində 6-cı “Qızıl dubl”a sevinib.