“Qarabağ”dan yeni transfer

“Qarabağ”dan yeni transfer

Azərbaycan çempionu “Qarabağ” ikinci transferini açıqlayıb. Ağdam təmsilçisi Pedro Bikalyonu heyətinə cəlb edib.

Braziliyalı yarımmüdafiəçi Portuqaliyanın “Alverka” klubundan “Qarabağ”a keçib. 24 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Pedro “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Bikalyo bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 21.06.2025

Növbəti yazı

Virts rəsmən “Liverpul”da