“Qarabağ”dan üç cavabsız qol

“Qarabağ”dan üç cavabsız qol

Azərbaycan Premyer Liqasında II tura start verilib. İlk oyun günündə bir matç baş tutub.

“Qarabağ” öz meydanında “Kəpəz”lə görüşüb. İlk yarısı qolsuz bitən qarşılaşmanın taleyi fasilədən sonra həll olunub.

Riçard Almeyda 48-ci dəqiqədə hesabı açıb. 71-ci dəqiqədə isə Abdullah Zubir fərqlənib. Matçın bitməsinə 6 dəqiqə qalmış Olavio Juninyo fərqi üç topa çatdırıb.

Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. Bu, Ağdam təmsilçisinin startda ardıcıl ikinci böyükhesablı qələbəsi olub.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan güləşçisinin bürünc medal şansı

Növbəti yazı

İspaniya Olimpiya çempionu oldu