“Qarabağ”dan tarixi qələbə

“Qarabağ”dan tarixi qələbə

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsini VI turunda “Hekken”lə qarşılaşıb.

Qurban Qurbanovun yetirmələri görüşə erkən qolla başlayıb. Leandro Andrade 1-ci dəqiqədə Tofiq Bəhramov adına Respublika stadionunu ayağa qaldırıb.

İlk yarının uzatma dəqiqələrində Yassin Benzia fərqi iki topa çatdırıb. Fasilədən sonra say üstünlüyü qazanan qonaqlar daha çox hücum etsə də, toplardan yalnız birinin əvəzini çıxa bilib. “Qarabağ” qələbə hesabını qoruyub – 2:1.

Bu üç xalla təmsilçimiz qrupda ikinci pilləni qoruyub. Ağdam klubu bununla da Avropa Liqasının pley-offuna vəsiqə qazanıb.

Azərbaycan futbol tarixinə çoxsaylı ilklər yazan “Qarabağ” bununla da daha bir tarixi uğuru gerçəkləşdirib. Ölkəmiz ilk dəfə Avropa Liqasının pley-offunda təmsil olunacaq.

ETOPAZ

Əvvəlki yazı

Qrinvud üçün 3 namizəd

Növbəti yazı

“Qarabağ”a 8 mümkün rəqib