“Qarabağ”dan tarixi qələbə
Çempionlar Liqasında I tura start verilib. Təmsilçimiz “Qarabağ” “Benfika”nın qonağı olub.
Görüşə meydan sahibləri üstün başlayıb. Entso Barrençea fərqlənib. Çox keçmədən Vangelis Pavlidis fərqi iki topa çatdırıb. Lakin təmsilçimiz oyunda dönüş yarada bilib. Öncə Leandro Andrade fərqlənib. İkinci yarıda Kamilo Duran hesabı bərabərləşdirib. Matçın sonlarında Aleksey Kaşuk komandamıza qələbə qazandıran qolu vurub – 3:2.












