“Qarabağ”dan səfər qalibiyyəti
Azərbaycan Premyer Liqasında XXV tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Sumqayıt” “Qarabağ”ı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. Oyunda hesab birinci hissədə açılıb. Kadi Borges fərqlənib. Çox keçmədən Leandro Andrade adını tabloya yazdırıb – 2:0.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.