“Qarabağ”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında XXXVI tur davam edir. Mövsümün son turunun ikinci günü Şamaxıda başlayıb.
Ölkə çempionu “Qarabağ” “Şamaxı”nın qonağı olub. Matçın taleyini bir top həll edib.
Emmanuel Addai Ağdam təmsilçisini minimalhesablı qələbə qazandırıb – 1:0. Bununla da çempion mövsümü 89 xalla başa vurub. “Şamaxı” 36 xalla 7-ci yeri tutub.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.