“Qarabağ”dan səfər qələbəsi
Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Son matç “ASCO Arena”da keçirilib.
“Səbail” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşmada bir qol vurulub.
Görüşün taleyini həll edən top ilk yarıda qeydə alınıb. Yassin Benzia qonaqlara minimalhesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 27-də keçiriləcək.