“Qarabağ”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. Turun son görüşü Sumqayıtda baş tutub.
Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. İlk hissədə hesab açılmayıb. Matçın 74-cü dəqiqəsində Elvin Cəfərquliyev fərqlənib. Tərəflərin səylərinə baxmayaraq hesab dəyişməyib – 0:1.