“Qarabağ”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulur. Son oyun günündə “Qarabağ” “Şamaxı”nın qonağı olub.
Görüş ağdamlıların üstünlüyü ilə keçib. Qarşılıqlı hücumlar təşkil edən “köhlən atlar” ilk hissədə istəyinə çatıb. Elvin Cəfərquliyev hesabı açıb. Bu, matçda vurulan yeganə qol olub – 1:0.
Qeyd edək ki, tura “Sabah” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.