“Qarabağ”dan qələbə, “Neftçi”dən sülh
Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürüb. İlk oyunlar çərçivəsində iki matç baş tutub.
“Qarabağ” öz meydanında “Keşlə”ni qəbul edib. Ağdamlılar İbrahima Vadjinin qolu ilə ev qələbəsi qazanıb.
“Neftçi” “Sabah”ı sınağa çəkib. Voislav Stankoviçin qolu ilə hesabda önə keçən “ağ-qaralar” üstünlüyü qoruya bilməyib. Coy-Lens Mikels bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, sabah “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” oyunları baş tutacaq.