“Qarabağ”dan minimalhesablı qələbə
Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub. Son matçda “Zirə” “Qarabağ”ı qəbul edib.
Görüş qarşılıqlı hücumlarla keçib. Tərəflərin səylərinə baxmayaraq ilk hissədə qol vurulmayıb. Hesab ikinci yarının sonlarında açılıb. Qismət Alıyev avtoqol müəllifi olub. Bununla da, ağdamlılar səfərdən minimalhesablı qələbə ilə dönüb.