“Qarabağ”dan məhsuldar heç-heçə

“Qarabağ”dan məhsuldar heç-heçə

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin V turunda “Omoniya” ilə görüşüb.

Qurban Qurbanovun yetirmələri bu qarşılaşmada aşkar üstünlüyə malik olublar. Lakin təmsilçimiz matçdan xal itkisi ilə ayrılıb – 2:2. İlk yarıda hesabı qonaqlar açsalar da, fasilədən az sonra Kipr klubunun futbolçusu avtoqolla yadda qalıb.

Oyunun gedişində rəqibin qırmızı vərəqə alması üzündən say üstünlüyü qazanan “Qarabağ” son dəqiqələrdə Patrik Andradenin qolu ilə hesabda önə keçib. Lakin uzatma dəqiqələrində fərqlənən “Omoniya” məğlubiyyətdən qaçıb.

Bu heç-heçədən sonra xal hesabını 11-ə yüksəldən ağdamlılar “Bazel”ə çatsalar da, əlavə göstəricilərə görə ikincidir. Qrup qalibinin adına dekabrın 9-da keçiriləcək son turun “Bazel” – “Qarabağ” görüşündə aydınlıq gələcək. 1-ci yerin sahibi 1/8 finala, 2-ci pilləni tutan komanda pley-offa yollanacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 26.11.2021

Növbəti yazı

Qurban Qurbanov: “Döyüşçü kimi oynadılar”