“Qarabağ”dan məhsuldar heç-heçə

“Qarabağ”dan məhsuldar heç-heçə

Azərbaycan Premyer Liqasında 31-ci turun ilk günü başa çatıb. Bakıda keçirilən oyunda “Qarabağ” “Zirə”ni qəbul edib.

Çempionatın lideri ilə avrokuboklar uğrunda mübarizə aparan qəsəbə klubunun dueli məhsuldar alınıb. İlk yarısı qolsuz bitən görüşün ikinci 45 dəqiqəsində qapıçılar topu 4 dəfə tordan çıxarıb.

Fasilədən az sonra Marko Yankoviçlə Ramil Şeydayev “Qarabağ”a üstünlük qazandırıb. Lakin ruhdan düşməyən qonaqlar iki qol vurmağı bacarıb. Hamidu Keyta və Vladislav Kulaç fərqlənib.

Qeyd edək ki, tura aprelin 23-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”da bərabərlik

Növbəti yazı

Messidən iki rekord