”Qarabağ”dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub. Bu gün bir matç keçirilib.
”Qarabağ” “Səbail”i qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə keçib. Öncə Yassin Benzia hesabı açıb. Ardınca Leandro Andrade fərqlənib. Çox keçmədən o dublunu rəsmiləşdirib. Bundan sonra fərqi artıran “Qarabağ” daha 2 qol vurub. Kadi Borges və Nəriman Axundzadə fərqləniblər – 5:0.