“Qarabağ”dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında X tura start verilib. Bu gün 1 matç keçirilib.
“Qarabağ” “İmişli”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində başlayıb. Oyunun startında qonaqlar penalti vurmaq hüququ qazanıb. Lakin Juninyo dəqiq ola bilməyib.
Əvəzində ikinci hissə tamamilə “Qarabağ”ın üstünlüyü ilə keçib. Komanda öncə Abdullah Zubirin qolu ilə hesabda önə keçib. Daha sonra Emmanuel Addai oyunda son nöqtəni qoyub – 2:0.
Qeyd edək ki, tura noyabrın 3-də yekun vurulacaq.












