“Qarabağ”dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında VI tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Qarabağ” “Qəbələ” ilə qarşılaşıb. Görüşün ilk dəqiqəsində qonaqlar azlıqda qalıb. Prins Ovusu qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunun əvvəllərində Abdullah Zubir fərqlənib. Matçın sonlarında isə Musa Qurbanlı görüşdə son nöqtəni qoyub – 2:0.
Qeyd edək ki, tura sentyabrın 28-də yekun vurulacaq.












