“Qarabağ”dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında XXX tura start verilib. Bu gün bir matç keçirilib.
”Səbail” “Qarabağ”ı qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə keçib. Hesab erkən açılıb. Abdullah Zubir fərqlənib. İki dəqiqə sonra Leandro Andrade adını tabloya yazdırıb.
Kabo Verde millisinin futbolçusu ikinci yarıda daha iki qol vurub və het-trikini rəsmiləşdirib. Meydan sahiblərinin gücü yalnız təsəlli topuna çatıb. David Qomis oyunda yekun nəticəni müəyyənləşdirib – 1:4.