“Qarabağ”dan ilk transfer
“Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, klubun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.