“Qarabağ”dan darmadağın
Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma baş tutub.
“Kəpəz” “Şamaxı”nı qəbul edib. Gəncəlilər geriyə düşdüyü matçda geridönüş edərək mövsümdə ilk qələbəsini qazanıb – 2:1.
“Zirə” isə “Qarabağ”la qarşılaşıb. Hesabı “Zirə” açsa da, ağdamlılar 7 qol vuraraq rəqibini darmadağın edib – 7:1.