“Qarabağ”dan çətin qələbə

“Qarabağ”dan çətin qələbə

Azərbaycan Premyer Liqasında III turun son oyun günü start götürüb. Son çempion “Qarabağ” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib.

“Azersun Arena”dakı görüşə Ağdam klubu fəal başlayıb. Qurban Qurbanovun yetirmələri bunun bəhrəsini ilk yarıda görüb. Adama Daiakabi hesabı açıb.

Müdafiədə qapanmayan qonaqlar təhlükəli əks-hücumlar qurub. Bu, ikinci yarıda bərabərlik qolunun vurulması ilə nəticələnib. Miço Kuznmanoviç hesaba tarazlıq gətirib – 1:1.

“Qarabağ” startda növbəti xal itkisi ilə üzləşməmək üçün böyük qüvvə ilə irəli atılıb. Ağdamlılar uzatma dəqiqələrində istəyinə çatıb. Abdullah Zubir çempiona 3 xal gətirən topun müəllifi olub – 2:1.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Sabah” – “Neftçi” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Verratti üçün 2 variant

Növbəti yazı

“İnter” Pavarı istəyir