“Qarabağ”dan böyükhesablı qələbə

“Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında II tur davam edir. Bu gün turun bir matçı baş tutub.

“Qarabağ” “Turan Tovuz”u qəbul edib. “Azersun Arena”dakı görüşdə meydan sahibləri qalib gəlib.

Qurban Qurbanovun yetirmələri ilk yarıda hesabı açıb. Olavio Juninyo fərqlənib. Fasilədən sonra Abdullah Zubir və Adama Diakabi rəqib qapısına yol tapıb. Beləliklə, ağdamlılar mövsümdə ilk qələbəsini üç cavabsız qolla əldə edib – 3:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

e-Topaz

Əvvəlki yazı

“Real”ın təklifi rədd olundu

Növbəti yazı

“İnter” Arnautoviçi alır