“Qarabağ”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub. Son oyun günündə bir matç keçirilib.
“Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edib.
Qurban Qurbanovun yetirmələri bu qarşılaşmada da qalib gələrək liderliyini möhkəmlədib. Elvin Cəfərquliyev birinci, Abdullah Zubir və Ramil Şeydayev ikinci hissədə qol sevinci yaşayıb. 3:0 hesablı qələbə ilə “Qarabağ” izləyiciləri ilə xal fərqini 7-yə çatdırıb.
Qeyd edək ki, növbəti tura mayın 12-də start veriləcək.
1 | Qarabağ | 33 | 26 | 6 | 1 | 84-22 | 84 |
2 | Sabah | 33 | 24 | 5 | 4 | 71-23 | 77 |
3 | Neftçi | 33 | 18 | 7 | 8 | 58-36 | 61 |
4 | Qəbələ | 33 | 13 | 9 | 11 | 45-44 | 48 |
5 | Zirə | 33 | 12 | 9 | 12 | 41-45 | 45 |
6 | Turan Tovuz | 33 | 9 | 8 | 16 | 31-43 | 35 |
7 | Kəpəz | 33 | 6 | 11 | 16 | 31-57 | 29 |
8 | Sumqayıt | 33 | 7 | 7 | 19 | 24-62 | 28 |
9 | Səbail | 33 | 6 | 7 | 20 | 29-57 | 25 |
10 | Şamaxı | 33 | 4 | 11 | 18 | 25-50 | 23 |
Bombardirlər: Musa Qurbanlı (“Qarabağ”) – 20 qol, Ramil Şeydayev (“Qarabağ”) – 20 qol, Coy Lens Mikels (“Sabah”) – 17 qol, Emin Mahmudov (“Neftçi”) – 16 qol, Aleksey Kaşuk (“Sabah”) – 16 qol