”Qarabağ”dan böyükhesablı qələbə

”Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XV tur davam edir. Bu gün daha bir matç keçirilib.

“Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Hesabı Toral Bayramov açıb. Çox keçmədən Nəriman Axundzadə fərqlənib. İkinci yarıda Joni Montiel penaltini dəqiq yerinə yetirib. Ardından Leandro Andrade adını tabloya yazdırıb. Qonaqların heyətində isə Ramon Maçado fərqlənib. Matçda son nöqtəni Toral Bayramov qoyub – 5:1.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.12.2025

Növbəti yazı

IX tura yekun vuruldu