“Qarabağ”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında V tur davam edir. Son oyun gününə Mərdəkanda start verilib.
“Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. Görüş ağdamlıların tam üstünlüyü ilə keçib. Toral Bayramov het-trikə imza atıb. Musa Qurbanlı və Kris Kuaku isə hərəyə bir dəfə fərqləniblər – 5:0.
Qeyd edək ki, tura “Sumqayıt” – “Neftçi” matçı ilə yekun vurulacaq.












