“Qarabağ”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib. İlk oyun günündə bir matç keçirilib. “Turan Tovuz” “Qarabağ”ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Kadi Borqes penaltini dəqiq yerinə yetirib. Qərblilər buna Aleks Souza ilə cavab veriblər. Çox keçmədən Nəriman Axundzadə komandasını önə çıxarıb.
İkinci yarıda yenidən səhnəyə Kadi Borqes çıxıb. Oyunun sonlarında isə Aleksey Kaşuk fərqlənib – 4:1.
Qeyd edək ki, tura martın 30-da yekun vurulacaq.