“Qarabağ”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. Bu gün 1 matç baş tutub.
”Qarabağ” “Sumqayıt”ı qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə keçib. İlk hissədə Musa Qurbanlı dubla imza atıb. Ardından Nəriman Axundzadə fərqlənib. İkinci yarıda Redon Cica adını tabloya yazdırıb. Oyunda son nöqtəni isə Toral Bayramov qoyub – 5:0.