“Qarabağ”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Son oyun günündə bir matç keçirilib.
“Neftçi” “Qarabağ”ı qəbul edib. Azərbaycan derbisində son çempion qalib gəlib.
İlk yarıda Leandro Andrade Ağdam klubunu hesabda önə çıxarıb. Fasilədən sonra öncə Nəriman Axundzadə fərqlənib. Ardınca Leandro dublunu rəsmiləşdirib.
Beləliklə, “Qarabağ” derbidə böyükhesablı qələbə qazanıb – 3:0.
Bu qələbədən sonra xallarının sayını 37-yə çatdıran Qurban Qurbanovun komandası 1-ci pillədə qərarlaşıb. “Neftçi”nin hesabında 13 xal var.