“Qarabağ”dan ardıcıl ikinci qələbə

“Qarabağ”dan ardıcıl ikinci qələbə

Çempionlar Liqasının Liqa mərhələsinin II turu davam edir. Turun ikinci günündə Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb.

Qurban Qurbanovun yetirmələri mərhələdəki ilk ev matçını keçirib. Ağdam klubu “Kopenhagen”i qəbul edib.

Görüşdə hesabı Abdullah Zubir açıb. O, 28-ci dəqiqədə fərqlənib. Təmsilçimiz yalnız matçın sonlarında fərqi artırıb. 83-cü dəqiqədə Emmanuel Addai rəqib qapısını dəqiq nişan alıb.

Bununla da “Qarabağ”  ardıcıl 2-ci qələbəsini qazanıb – 2:0. Xallarını 6-ya çatdıran çempionumuz liderlər sırasında yer alıb.

Qeyd edək ki, III turun oktyabrın 22-də keçiriləcək matçında “Qarabağ” “Atletik”in qonağı olacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.10.2025

Növbəti yazı

Bellingem ilin futbolçusu seçildi