“Qarabağ”dan 5 cavabsız qol

“Qarabağ”dan 5 cavabsız qol

Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib. İlk oyun günündə bir matç baş tutub.

Son çempion “Qarabağ” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Ağdam klubunun aşkar üstünlüyü ilə keçən matçın taleyi ilk 45 dəqiqədə həll olunub.

Meydan sahibləri fasiləyədək 4 cavabsız qol vurub. Olavio Juninyo iki, Toral Bayramovla Leandro Andrade hərəyə bir dəfə rəqib qapısına yol tapıb.Fasilədən sonra “Qarabağ” fərqi artırıb. Abdullah Zubir qol sevinci yaşayıb – 5:0.

Bu qələbədən sonra xal hesabını 16-ya yüksəldən Qurban Qurbanovun komandası liderliyə şərik olub. “Zirə”yə çatan “Qarabağ” ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura oktyabrın 1-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Yenidən Messi – Ronaldo dueli

Növbəti yazı

“Barselona”da ciddi itki